F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Solmaz Amanova oldu.
Layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Görüş çərçivəsində yazıçı yaradıcılığı, həyata keçirdiyi layihələri, COVID-19 virusu haqqında yazıdığı kitabı “Cəsur ayı və dostları”, “İlmənin macəraları”, “Şuşanın sehrli açarları” və diqər yeni kitabları barəsində ətraflı məlumat verdi, həmçinin, canlı yayıma qoşulan izləyicilərin müxtəlif suallarını cavablandırdı.
Görüşün sonunda yazıçı “Tariximizi nağıllarda öyrənək” devizi ilə hamını kitab oxumağa səslədi.
Qeyd edək ki, onlayn görüş kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşdı.