F.Köçərli adına Respublika Uşaq Kitabxanası “14 fevral Kitab Bağışlama günü” ilə əlaqədar 21 yanvar – 11 fevral tarixlərində “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab aksiyası keçirir.
Aksiyanın keçirilməsində əsas məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə,Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliyəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.
Vətən müharibəsi dövründə göstərdiyimiz həmrəyliyimizi indi də mütaliə həmrəyliyi ilə davam edək!
Aksiyaya qoşulmaq istəyənlər hədiyyə edəcəkləri kitabları F.Köçərli adına Respublika Uşaq kitabxanasının kütləvi işlər şöbəsinə göndərə bilər.
Ünvan: Bakı şəhəri, S.Vurğun 88
Əlaqə nömrəsi: (+99412 5970879),
İnfo@clb.az
ushaqkitabxanasi@gmail.com
childibbaku@yahoo.com elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər.