26 dekabr 2021-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti “Nağıl saatı”nın qonağı uşaq yazarı Şəlalə Nadirqızı oldu. Görüşdə Bakı şəhəri 47 və 85 saylı tam orta məktəblərinin 2-ci və 3-cü sinif şagirdləri və digər oxucular iştirak etdilər.
Şəlalə Nadirqızı “Uşaqlar sizə sözüm var...” kitabından hekayələr, şəhid generalımız Polad Həşimovun haqqında yazdığı “General Həyatı” kitabından parçalar oxudu. Müəllif Vətən qəhramanlarını unutmamağını, onları daim hörmətlə xatırlamağı uşaqlara tövsiyə edti.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının “Nağıl saat”nın təşkil edilməsində əsas məqsəd bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.