31 oktyabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti “Nağıl saatı” təşkil olundu. Kitabxananın böyük oxu zalında keçirilən görüş uşaq yazarı Gülzar İbrahimova ilə oxucular arasında baş tutdu.
Görüşdə Bakı şəhəri 229 və 312 saylı tam orta məktəblərin 1 və 2 – ci sinif şagirdləri iştirak etdilər.
Gülzar İbrahimova görüş çərçivəsində “Tülkü balası”, “Mən daha böyüyəm”, “Dəniz balası” nağılları, “Göydə neçə ulduz var?” şeir və tapmacalar səsləndirdi, yeni kitablar haqqında ətraflı məlumat verdi. Həmçinin, yaradıcılığının ən gözəl nümunələrini ifa edən yazıçı uşaqların bir çox maraqlı suallarını cavablandırdı. Sonda yazar tərəfindən hər iki məktəbin kitabxanasına “Sirus və Virusun macaraları” kitabını hədiyyə edildi və görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının “Nağıl saat”nın təşkil edilməsində əsas məqsəd bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı vasitəsi ilə uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı kiçikyaşlı oxucuları kitaba və mütaliəyə həvəsləndirməkdir.