Vəsait Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulmuşdur.
Nəriman Həsənzadənin əsərlərində bitib-tükənməyən torpaq sevgisi, Vətən və millət məhəbbəti daim bahar təravəti saçır. Onun irihəcmli dram əsərlərində, poema və lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi, bu günü, sevinc və acıları əks olunmuşdur
Vəsaitin birinci hissəsi “Könlüm şeir istəyir” adlanır və şairin həyat və yaradıcılığından bəhs edir. İkinci hissə “Sevilən şair Nəriman Həsənzadə” adlanır və yubiley münasibətilə təşkil olunacaq: kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlərdən söhbət açılır.
Vəsaitdə şairin “Atabəylər”, “Cavid”, “Nəriman”, “Midiya”, “Zümrüd quşu”, “Qaçaq Kərəm”, “Pompeyin Qafqaza yürüşü”, “Qafqaz”, “Vətənsiz”, “Şahid ol, günəş”, Bütün Şərq bilsin” kitablarının müzakirəsi oxuculara ətraflı şəkildə çatdırılmışdır.
Oxucular vəsaitdən linkindən istifadə etməklə yararlana bilərlər.