22 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə təşkil olunan onlayn viktorinın qalibi müəyyən edildi.
Onlayn viktorinın keçirilməsində əsas məqsəd Azərbaycanda Milli Mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla, yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.
Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, facebook və instagram sosial şəbəkələri vasitəsi ilə yayımlanan viktorinanın suallarına çoxsaylı iştirakçılar qatıldı.
Qeyd edilən zaman çərçivəsində suallara düzgün cavab verməklə Viktorinanın qalibi 1994-cü il təvəllüdlü Apayev Bəxtiyar oldu.O 30 sualdan 26-na düzgün cavab yazmışdır.
Qeyd edək ki, qalibə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə edilib.