Fevralın 25-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Sabunçu rayon 215 nömrəli tam orta məktəblə birlikdə “Xocalı faciəsi yaddaşlardan silinməyəcək” adlı anım tədbiri keçirdi. Tədbirdə Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı və qızı, Qarabağ qaziləri, pedaqoqlar, kitabxanaçılar və. s qonaqlar iştirak edirdi. Tədbirdə Mirvarid Dilbazinin “Xocalı fəryadı” mənzum poemasından səhnəciklər göstərildi. Nəriman Hüseynin “Şəhid anası”, ”Şəhid Xocalı” şeirləri ifa olundu, ”Torpağın səsi”, “Ananın səsi”, “Çağırır Vətən”, “İgid əsgər” mahnıları səsləndi. Azərbaycanın Milli Qəhramanı, 1003 nəfər Azərbaycanlı Xocalı əsirinin xilaskarı, şəhid Allahverdi Bağırovun döyüş yoldaşları Qarabağ döyüşləri, Xocalı faciəsi haqqında danışdılar. Vətənpərvərlik notları üzərində köklənən tədbirin sonunda iştirak edən şagirdlərə diplomlar təqdim edildi.