F.Köçərli adına Respublika Uşaq Kitabxanasının start verdiyi “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı esse müsabiqəsi yekunlaşdı. Respublikanın hər bir bölgəsindən kitabxananın elektron poçt ünvanına yönlənən esselər uşaqların qəlbindən qopub gələn qürurverici hisslərin tərcümanıdır. Vətənpərvər məktəblilərin Azərbaycanın şanlı dünənindən, uğurlu bu günündən və aydın sabahından fəxrlə bəhs etdikləri esselər iştiraka görə və həvəsləndirici yerlərlə yanaşı I,II,III yer olaraq qiymətləndirildi.
I Yer: Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin IXv sinif şagirdi Yusifli Xanım;
II Yer: Bakı şəhər Nizami rayon Kamil Əyyubov adına 12 saylı tam orta məktəbin VIa sinif şagirdi Əlizadə Yusif;
III Yer: Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VId sinif şagirdi Nərmin Hüseynova layiq görüldü.
Qeyd edək ki,Respublika Uşaq Kitabxanası tərəfindən qaliblərə və iştirakçı uşaqlara diplomlarla yanaşı kitablar hədiyyə ediləcək.