F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusunu uşaqların yaxın dostu, uşaq ədəbiyyatının sevilən nümayəndəsi, yazıçı, şair, tərcüməçi, professor Zahid Xəlilin həyat və yaradıcılığına həsr etdi.
Layihənin əsas məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir.
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.
Bütün bunları nəzərə alan F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsini həyata keçirməklə uşaqların maariflənərək dünyagörüşlərinin formalaşması, kitaba və mütaliəyə olan maraqlarının artırılmasına xidmət edir.
Pandemiya şəraitini nəzərə alaraq kitabxananın əməkdaşları uşaq yazarı Zahid Xəlillə onlayn görüş təşkil etdilər. Əməkdaşlar yazıçıya oxuculara da maraqlı olacaq bir neçə sual ünvanladılar.
Sualları sevərək ətraflı cavablandıran uşaq yazarı Zahid Xəlil hamıya yaşından asılı olmayaraq mütaliə etməyi tövsiyə etdi və həyatda uğur qazanmağın əsas yollarından birinində mütaliə etmək olduğunu bildirdi.
Qeyd edək ki, layihə kitabxananın (Facebook, İnstaqram, Twitter sosial şəbəkələri, Youtube və kitabxananın internet ünvanı) vasitəsi ilə təqdim edilir.