F.Köçərli adına Respublika Uşaq kitabxanası və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında “Azərbaycan dili - milli varlığımızdır” adlı virtual esse müsabiqəsinin nəticələri məlum oldu.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin, milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır.
F.Köçərli adına Respublika Uşaq kitabxanası 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında keçirilən esse müsabiqəsinin qalibləri açıqlandı.
Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil yaradıcı gənc nəsildə ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadları üzə çıxarmaq, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.
Onlayn Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən 110-a yaxın esselər təqdim olunmuşdur.
Münsiflər heyətinin qiymətləndirilməsi nəticəsində,
14-16 yaş qrupu üzrə
1-ci yerə Fidan Əzimzadə
2-ci yerə Pəri Əliyeva
3-cü yerə Ruşaniyyə Nizaməddinova
10-13 yaş qrupu üzrə
1-ci yerə Pınar Bünyatzadə
2-ci yerə Aysu Aslanova
3-cü yerə Hacı Şərifli
layiq görüldü.
Digər iştirakçılara həvəsləndirici diplomlar təqdim olundu. Ümumilikdə qalıb və iştirakçılara kitabxana tərəfindən kitablar hədiyyə edildi.