1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirildi.
Qeyd edək ki, onlayn görüşdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə, Elmi-analitik, informasiya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəbdənkənar fəaliyyətin sektor müdiri Qeyrət Şirəliyev, Bakı Şəhəri Baş Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Xətai Rayonu İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov,Yeni Həyat Humanitar ve Sosial Dayaq İctimai Siyasi Birliyinin sədri Nailə İsmayılova, Sağlamlıq imkanları məhdud olan 3 nömrəli xüsusi təhsil məktəbinin difektoloq loqopedi Fəridə Tağıyeva, 5 nömrəli xüsusi internat məktəbinin direktoru İradə Vəzirova, Nəsimi Gənclər İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, Xətai rayonu Gənclər İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov iştirak etdilər.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş görüşə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2-3-5 saylı xüsusi internat məktəblərinin istedadlı uşaqları da qoşulmuşdular.