Fevralın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı soyqırımına həsr edilmiş “Yurd dediyim bu torpaq” adlı tədbir keçirildi. Tədbir, Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Tədbirdə, Respublika Xatirə kitabı redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsiscisi, şairə Nəzakət Məmmədova, “Yada düşdü” jurnalının əməkdaşı, şair, publisist Zülfüqar Şahsevənli və “Ulduz” jurnalının “Poeziya” şöbəsinin redaktoru Fəqranə Mehdiyeva iştirak edirdi. Tədbiri giriş sözü ilə, kitabxananın direktoru Ş.Qəmbərova açaraq, Xocalı faciəsindən və həmin gecə kütləvi qırğının nəticələrindən geniş bəhs etdi. Direktor çıxışında qeyd etdi ki, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya Ədalət” kompaniyası bu gündə davam edir. “Xocalıya ədalət” əslində “Qarabağa, Azərbaycana ədalət” deməkdir. Tədbirdə, Nizami rayon 272 saylı orta məktəbin şagirdlərinin ifasında, şair publisist Nəzakət Məmmədovanın Xocalı faciəsinə həsr etdiyi “Şəhid zirvəsi” poemasından kompozisiya hazırlanmış və şeirlər səslənmişdir.