Dekabr 12-də, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirildi. Tədbir, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Monitorda ömrünün son nəfəsinə qədər xalqı üçün çalışan və hər kəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən video çarx izlənildi. Tədbir çərçivəsində, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında geniş söhbət açıldı. Qeyd olundu ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil etmişdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır və gələcəyə istiqamətlənmişdir.
Sonda, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən kitab sərgisinə baxış keçirildi.