İdrak liseyinin I sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər
15-02-2019 10:34:00
Fevralın 15-də İdrak liseyinin I sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər. Nağıl otağında uşaqlara 3D formatda hazırlanmış “Cırtdan”, “Xoruz”, “Məlikməmməd” nağılları danışıldı. Oxunan nağıllar üzərində maraqlı müzakirələr aparıldı. Balacalara “Əli və Güllü, bir də Durna quşunun nağılı” və “Düyməcik” cizgi filmləri göstərildi. “Tülkü və Qarğa” nağılı barmaqcıqlı teatrda uşaqlara göstərildi. Balacalar xoş təəssüratla kitabxanadan ayrıldılar.