Sentyabrın 4-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 avqust - 21 sentyabr “Beynəlxalq Sülh aylığı” çərçivəsində “Günəş olaram mən də” adlı tədbir keçirildi. Tədbirdə uşaqlara “Beynəlxalq Sülh aylığı” haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, 21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT-nın 1981-ci ildə təsis etdiyi bu tarixi gün dünya atəşkəsliyi kimi elan edilib. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarixi boyu bəşəriyyəti düşündürmüşdür. Bəşər tarixində ən cox pozulan da bu istəkdir. Hazırda dünyanın bir cox ölkələrində müharibə davam edir. Sülh mövzusu torpaqların 20 faizı işğal altında olan Azərbaycan uşaqları üçün də böyük əhəmiyyət kəsb edir. Tədbirdə uşaqlar Günəşin maketini düzəldib, öz əlləri ilə onun işığını bütün dünya uşaqlarına göndərdilər. Sonra isə hər bir uşaq öz arzu və istəyini bildirdi: “həmişə sülh içində yaşayaq”, “səmamız aydın və təmiz olsun”, “dünyanın bütün xalqları əmin-amanlıq şəraitində yaşasınlar”, “analarımız sevinsinlər”, “müharibə olmasın”. Belə torpaqlarda günəş də xoşbəxt gülümsəyir, insanlar da xoşbəxt yaşayır, həmişə gülür... Uşaqların arzu və istəkləri sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılandı. Tədbir nağıl otağında “Günəşin nağılı”nın izlənməsi ilə davam etdi.