Sentyabrın 5-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Sülh aylığı” çərçivəsində “Göyərçinik biz - Sülhdür adımız” adlı tədbir keçirildi. Kitabxananın əməkdaşı uşaqlara “Beynəlxalq Sülh aylığı” haqqında ətraflı məlumat verdi. O, sülhün əmin-amanlıq, dinclik olduğunu uşaqlara izah etdi: Sülh - ağ göyərçinlərin mavi səmalarda uçuşu, körpələrin üzünün təbəssümü, uşaqların parlaq gülüşləridir! Bütün dünya xalqları sülh istəyir, göyərçini sülh rəmzi kimi qəbul edirlər. Sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən daha çox sevilir. Tədbirdə, uşaqlara, "Göyərçin nə üçün sülh quşu adlanır?" sualı ünvanlandı. Kitabxanaçı bunu kiçik bir əfsanə ilə izah edərək tədbir iştirakçılarına “Göyərçin” haqqında nağıl danışdı. Nağıl bitdikdən sonra Nuray “Mən sülhə səs verirəm” şeirini ifa etdi, uşaqlar birlikdə sülh nəğməsini oxudular. Tədbir uşaqların göyərçin maketini hazırlamaları və "Nağıl otağı"nda cizgi filmini izləmələri ilə başa çatdı.