İyunun 2-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan Bayramı ilə əlaqədar, Araxçın Silent Communication komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edildi. Tədbirə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da qoşulmuşdu. Tədbirdə söz alan kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova uşaqlara xoş arzularını bildirdi və Respublika Uşaq Kitabxanası adından iştirak edən hər uşağa 2 kitab hədiyyə etdi. Tədbirin əsas məqsədi, eşitmə və danışma məhdudiyyətli uşaqların əylənməsi, öz həmyaşıdlarından seçilməməsini təmin etmək və onlarda kitaba və mütaliəyə olan marağı artırmaq idi. Tədbirdə respublikanın bir çox ziyalıları və məhşurları iştirak edirdi. Çıxışçıların xoş ürək sözləri eşitmə məhdudiyyətli uşaqlara xüsusi Jest dili ilə tərcümə olunurdu.