Sentyabrın 22-də, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş intellektual müsabiqə keçirildi. Müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hərəsindən 2 komanda olmaqla 20 könüllü iştirak edirdi. Müsabiqədə ilkin olaraq 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Ələsgər Əhmədov çıxışında könüllülərə müsabiqənin qaydaları haqqında ətraflı məlumat verdi. Müsabiqə 3 mərhələdən ibarət idi. Yarışma çərçivəsində iştirakçılar Nəsimi ilə bağlı suallara cavab verdi. Müsabiqədə fəal iştirak edən 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandaları yarışmada qalib oldu. Təşkilatçı mərkəzin rəhbərliyi tərəfindən mükafatlandırıldı.