Noyabrın 22-də, Səbail rayonunda yerləşən Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında “Balaca ev” cizgi filmini izlədilər. Müasir nağıllarımızı müzakirə etdilər. Kitabxana əməkdaşı uşaqları Azərbaycanın görkəmli alimi və maarifçisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında məlumatlandırdı. Uşaqlarla kiçik oxu zalında “Baş rolda mənim hüquqlarım” adlı söhbət aparıldı. Söhbət çərçivəsində, Uşaq hüqüqlarının yaranma tarixindən, BMT-nin Uşaq Hüqüqları Konvensiyasından, ölkəmizin bu konvesiyaya qoşulmasından bəhs edildi. İntellektual oyun keçirildi. Sonra, kiçik oxu zalında məktəbin müəllim və şagird kollektivi danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Uşaqlar, kitabxanadan böyük sevinclə ayrıldılar.