Martın 12- də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, “Beynəlxalq Kuklaçı Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirə, Bakı şəhəri 18 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri qatılmışdı. Tədbirdən öncə məktəblilər kitabxanaya ekskursiya etdilər. Kitabxananın əməkdaşı onlara bütün şöbələr haqqında geniş məlumat verdi. Tədbir, aparıcının tədbir iştirakçılarına Kuklaçı Gününün yaranma tarixi və bu bayramın ölkəmizdə də böyük əhval-ruhiyyə ilə keçirilməsindən bəhs etdi. Qeyd etdi ki, Beynəlxalq Kuklaçı Gününün qeyd olunması ideyası məşhur İran kukla teatrı xadimi Civad Zülfaqarihoya məxsusdur. Sonra, Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Rəhim Rəhimov tədbir iştirakçılarına, teatrın yaranma tarixi, kuklaların hazırlanma prosesi və idarə edilməsi qaydaları barədə geniş məlumat verdi. Aktyorla məktəblilər arasında maraqlı görüş alındı. Şagirdlər, kuklalarla əyani tanışlıq və onlar vasitəsi ilə milli və dünya nağıl qəhrəmanlarının obrazını canlandırmaq imkanı əldə etdilər. Tədbir çərçivəsində, əyləncəli anlar yaşayan uşaqların bütün sualları aktyor tərəfindən cavablandırıldı. Tədbirin sonunda, kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında qeyd etdi ki, kuklalar səhnədə görünəndə həmişə bayram olur. Bu gün də kuklalarla uşaqların görüşü bir bayram oldu. Əgər kuklalar balacalar üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Zahirə Dadaşova məktəblilərə yaz tətili günlərində kitabxananın nağıl saatlarından faydalanmaqla yanaşı, Kukla teatrının tamaşalarına getməyi də məsləhət gördü.F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi Abdulla Şaiq adına Kukla Teatrının aparıcı aktyoru Rəhim Rəhimova maraqlı görüş üçün minnətdarlığını bildirdi.