İyunun 14-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirildi. Tədbir 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tarixi məlumatları əks etdirən video-materialın nümayişi ilə başladı. Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Qeyd etdi ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başlayıb. Bu gün də, zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Oxucular və əməkdaşlar kitabxananın foyesində təşkil olunmuş 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı kitabla zəngin sərgi ilə tanış oldular.