5 oktyabr 2018- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları Yasamal rayon 201 saylı uşaq bağçasında müəllim günü münasibəti ilə “Müəllim ana əvəzi” başlığı altında tədbirdə iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Uşaq bağçasının direktoru Lalə Hüseynova qonaqları və tədbir iştirakçılarını salamlayıb, müəllim kollektivini bu gözəl gün münasibəti ilə təbrik etdi. Balaca istedadlar böyük məharətlə ifa etdikləri şeirlərlə, mahnı və rəqslərlə, göstərdikləri maraqlı səhnəciklərlə müəllimlərini necə sevdiklərini nümayiş etdirdilər. Şənlik xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaratmaqla balacalara əyləncəli anlar yaşatdı. Tədbirin sonunda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşı müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd etdi. Uşaqlaraın hər birinə kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalını hədiyyə etdi.