• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirildi
    02-04-2018 12:24:00

    2 Aprel 2018- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş X Uşaq kitab sərgisi keçirildi. Tədbirdə, uşaq yazarlarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyadzadə, Elvira Məmmədli, Misir Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri Dr.Əhməd Sami Elaydi, pedaqoqlar, oxucular, 8 və 134 saylı məktəbin şagirdləri və.s qonaqlar iştirak edirdilər. Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan 600-dən çox kitab sərgilənib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq qonaqları və tədbir iştirakçılarını xüsusilə uşaqları salamladıqdan sonra kitab bayramı münasibətilə hərkəsi təbrik etdi. Daha sonra Ş.Qəmbərova tədbir iştirakçılarına yazıçıları təqdim etdi. Sonra söz, uşaq yazarı, professor Zahid Xəlilə verildi. O da, öz çıxışında kitabın insan həyatında xüsusilə uşaqların inkişafında nə qədər önəm daşımağı haqqında geniş və ətraflı məlumat verdi. Daha sonra tədbir, məktəblilərin təqdimatında H.Andersen nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiya ilə davam etdi. Tədbir iştirakçıları sevimli yazarlarını dinlədilər, onları maraqlandıran suallara cavab aldılar, həmçinin yeni kitabların çarxlı slaydını izlədilər. Yazarlarla canlı ünsiyyət onlara bir dünya sevinc bəxş etdi. Tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı. Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaqdır. Sərgi, 2- 5 aprel tarixinədək davam edəcək.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft