18 Aprel 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar 164 saylı tam orta məktəbin 3- cü sinif şagirdləri ilə birgə tədbir keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd, uşaqların və yeniyetmələrin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq, mütaliə marağını və mütaliə təlabatını reallaşdırmaq idi. Tədbirdə, məktəblilərin təqdimatında H.Andersonun nağıl qəhrəmanları ilə tanışlıq, onun həyatı və haqqında deyilmiş statlar o cümlədən, “Çirkin ördək balası” nağılı əsasında səhnəcik göstərildi. Tədbir zamanı şagirdlərin ifasında Azərbaycan və dünya musiqiləri eləcədə maraqlı rəqslər təqdim olundu. Tədbirin sonunda uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.