23 sentyabr 2018-ci il tarixində Bakı Kitab Mərkəzində görmə qabiliyyəti zəif və görmə qabiliyyəti məhdud uşaqlarla görüş keçirildi. Bakı Kitab Mərkəzi ilə ümumi tanışlıqdan sonra uşaqlar görmə əngəlli insanlar üçün nəzərdə tutulan xüsusi guşədə brayl əlifbası ilə yazılan kitablar və avadanlıqlarla tanış oldular.Görməsi zəif olan uşaqlar böyüdücü monitorlar vasitəsilə kitablardan mətnlər və şeirlər oxudular. Görmə əngəlli uşaqların bu gözəl görüşü Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı sayəsində baş tutdu.Uşaqlara Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası adından hədiyyələr təqdim edildi. Tədbirin sonunda uşaqlar BKM-də Ulduzla oxu layihəsi çərçivəsində təşkil olunmuş məhşur ifaçı Miri Yusif ilə görüşə qatıldılar.