30 Mart 2018- ci il tarixində, F.Köçərli adına Respublika uşaq kitabxanası 1918-ci il, 31 Mart soyqırımının 100 illiyi ilə əlaqədar anım tədbiri keçirdi. Tədbir, soyqırım qurbanlarının və bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Tədbirdə, Kitabxana əməkdaşları və oxucu tələbələr iştirak edirdi. Tədbiri giriş sözü ilə, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açaraq, XIX-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım cinayətləri barədə ətraflı məlumat verdi. O, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirildiyini və on minlərlə insanın evlərindən didərgin salınaraq amansız zülmə məruz qaldıqlarını ürək ağrısı ilə qeyd etdi. Tədbirdə, tələbələr erməni qəsbkarlarının ”Böyük Ermənistan” yaratmaq ideyası ilə Azərbaycanlılara qarşı həyata keçirdikləri genişmiqyaslı qanlı aksiyalar və onun nəticələri barədə tarixi faktlar söylədilər. Tədbirin sonunda, 1918- ci il 31 Mart soyqırımı haqqında tarixi həqiqətləri əsk etdirən sənədli film izləndi.