7 noyabr 2018-ci il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları (psixoloqlar) Aynurə Xudanlı və Sevinc Cəfərova tərəfindən 3-5 yaş arası uşaqlar üçün psixologiya saatı keçirdilər. Məşğələ zamanı müxtəlif interaktiv psixoloji oyunlar keçirilmiş, onların psixi inkişafı, nitqin inkişafı, sosial adaptasiyası, motor bacarıqlarının inkişafı istiqamətində işlər aparılmışdır. Oyun terapiyası zamanı uşaqlarda ünsiyyət bacarıqlarının formalaşdırılması, relaksasiya, özünüqiymətləndirmə və özgüvənin artırılması, həmçinin qrupda dostyana mühit yaratmaq, cəldlik, qalib olmağa, liderliyə meyl kimi keyfiyyətləri artırmaq, rənglərlə əşyalar və ya təbiətlə assosiasiya yaratmaq qabiliyyətini artırmaq məqsədilə bir- birindən maraqlı əyləncə dolu oyunlar keçirilmişdir. Məşğələnin sonunda isə kitaba maraq yaratmaq və onlardan səliqəli istifadəni öyrətmək məqsədilə uşaqlar rəngli kartonlardan əlfəcinlər hazırlamışlar. Nəzərinizə çatdıraqki, kitabxanada hər həftənin 3-cü günü saat 15:00-da 3-5 yaş, bazar günləri isə saat 12:00-da 3-5 yaş, 13:30-da isə 6-10 yaş arası uşaqlar üçün psixologiya saatı keçiriləcək.