12 dekabr 2017- ci il tarixində, F.Köçərli adına Respublika uşaq kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi. Nəsimi rayonu 36 nömrəli tam orta məktəb şagirdlərinin qatıldığı mərasimdə, dahi şəxsiyyət, görkəmli lider və siyasi xadim olan Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Ömrünün son nəfəsinə qədər xalqı üçün çalışan və hərkəsin xatirində əvəzsiz xidmətləri ilə əbədiləşən Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx izlənildi. Anım mərasimi, uşaqların böyük vətənpərvərlik hissi ilə “Heydər Bayrağının altından keçək” adlı şeirini söyləməsi və hörmət əlaməti olaraq Azərbaycan dövlətinin suverenliyi rəmzi sayılan üçrəngli bayrağımızın altından keçməsi ilə başa çatdı.