31 may 2017- ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları və Yasamal rayonu 176 saylı tam orta məktəbin şagirdləri ilə birgə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi münasibəti ilə tədbir keçirildi. Çıxış üçün ilk sözü məktəbin direktoru Məhəbbət xanıma verildi. Tədbirdə şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verildi. Tar musiqisinin sədaları altında ədəbi-bədii kompozisiya ifa olundu. Sabirin Hophopnamə əsərindən uşaqların ifasında “Oxutmuram əl çəkin”, “Əzrailin istefası”, “ Dünya necə tarac olur olsun nə işim var”, “ Kim nə deyər bizdə olan qeyrətə”, “ Uşaq və Buz” , “ Yaz günləri” şeirləri söyləndi. “Bir məclisdə 12 kişinin söhbəti” əsərindən kiçik səhnəciklər göstərildi. Tədbirin sonunda şagirdlər F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən təşkil olunmuş Mirzə Ələkbər Sabirin yaradıcılığına hərs olunmuş kitab sərgisi ilə tanış oldular.