8 sentyabr 2017-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsi nağıl otağında 21 avqust – 21 sentyabr Beynəlxalq Sülh aylığı çərçivəsində kiçik yaşlı oxucularla “Göyərçinim - sülh quşum” başlığı altında söhbət təşkil etdi. Sülh-əmin-amanlıq, qurub yaratmaq, dinclikdir. Sülh-azadlıq, bərabərlik və ədalətdir. Sülh-balaların gülüşü, qəhqəhəsidir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Söhbət zamanı sülh sözünün mənası, əhəmiyyəti haqqında geniş məlumat verildi, onların bu mövzu ilə əlaqədar sualları cavablandırıldı. Uşaqlara Azərbaycan xalq nağılı “Ağ göyərçin” oxundu və müzakirəsi təşkil olundu. Tədbirin sonunda uşaq yazarı G.İbrahimovanın “Sülh nəğməsi”ni bütün uşaqlar ifa etdilər.