3 noyabr 2017- ci il tarixində F.Köçərli adına Respublika uşaq kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi, Binəqədi rayonu 267 nömrəli məktəb liseyinin 5- ci sinif şagirdləri ilə 20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Uşaq- hüquq dünyasında” adlı tədbir keçirdi. Tədbirdən əvvəl kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara kitabxana haqqında ətraflı məlumat verdi. Daha sonra kitabxanada təşkil olunmuş “Mənim hüquqlarım məni qoruyur” adlı sərgi ilə tanış oldular. Ombudsman aparatının nümayəndələri şagirdlərə uşaq hüquqları haqqında geniş məlumat verdi. Tədbirdə şagirdlər müxtəlif maarifləndirici uşaq hüquqlarına dair tapşırıqları xüsusi fəallıqla yerinə yetirdilər. Qeyd edək ki, tədbir şagirdlərin uşaq hüquqi biliyinin artırılmasına yönəlmişdi.