15 noyabr 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Xidmət şöbəsinin əməkdaşı Nəsimi rayonunda yerləşən 45 saylı uşaq bağçasında orta və böyük yaş qruplarında səyyar kitabxana xidməti göstərmişdir. Həmçinin, 13 noyabr Beynəlxalq Gözdən Əlillər günü ilə əlaqədar “Könül gözü ilə görənlər” adlı söhbət təşkil etmişdir. Söhbət zamanı uşaqlara onların ətrafında görmə əngəlli və ya eynəkdən istifadə edən uşaqlar olarsa onlarla necə rəftar etmək lazım olduğu izah edilmiş, çarxlı video slayd göstərilmişdir. Tədbirdə türk yazıçısı, psixoloq Xalis Kuralayın “Kör öykülər”(Kor hekayələr) kitabından kiçik əhvalatlar söylənilmişdir. Tədbirin məqsədi uşaqlara kiçik yaşlarından onları gözdən əlil insanların həyatı ilə tanış etmək, onların da cəmiyyətin bir üzvü olmaqla digər uşaqlarla bərabər hüquqlarından istifadə etmələrinə kömək etmək idi.