26 fevral 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Xocalı Qan Yaddaşımız” adlı elektron resurs virtual istifadəçilərə təqdim edilib. Sərgi, Xocalı soyqırımının 34-ci ildönümünə həsr edilib. Virtual sərgi 4 əsas bölmədən ibarətdir:
Rəsmi Sənədlər: Bu bölmədə 2012-2025-ci illər ərzində Xocalı soyqırımı ilə bağlı müvafiq sərəncamlar təqdim edilib.
Kitablar: Xocalı soyqırımı ilə bağlı yazılmış müxtəlif kitablar və elmi əsərlər, dövri mətbuatda dərc olunmuş məqalələr, fotoqalereyalar bu bölmədə yer alır. Bu əsərlər, hadisənin tarixi əhəmiyyətini anlamağa və yaddaşını yaşatmağa xidmət edir.
Xocalı Memorial Kompleksi: Xocalı soyqırımına həsr edilmiş Xocalı Memorial Kompleksinin fotoları bu bölmədə nümayiş etdirilir. Kompleks, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib.
Virtual Sərgi gənc nəsil üçün Xocalı soyqırımının əhəmiyyətini anlamağa və bu faciənin yaddaşını yaşatmağa dəvət edir. Respublika Uşaq Kitabxanası tərəfindən təşkil edilən virtual sərgi gənc oxuculara Xocalı soyqırımının tarixi və onun xalqımız üçün əhəmiyyəti haqqında geniş məlumat verməyi hədəfləyir.
Virtual sərgi ilə bu linkindən istifadə edərək tanış ola bilərsiniz.