• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib
    29-04-2026 11:43:00

     

    29 Aprel 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici və mədəni əhəmiyyət daşıyan “Nağıl dünyasına səyahət” adlı tədbir təşkil olunub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evinin şagirdləri tərəfindən Azərbaycan xalq nağılı “Tıq-tıq xanım” əsasında səhnəcik nümayiş etdirilib.

    Xəzər rayonu, Binə qəsəbəsi 326 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri tədbirdə fəal iştirak edərək səhnəcikdəki obrazları maraqla izləyiblər. Səhnəciyin təqdimatı zamanı nağılın əsas ideyası – dostluq, əməksevərlik və qarşılıqlı hörmət kimi dəyərlər uşaqlara aydın və təsirli formada çatdırılıb. Təqdimat balacalar üçün həm əyləncəli, həm də öyrədici xarakter daşıyaraq onların nağıl dünyasına marağını daha da artırıb.

    Tədbirin davamında məktəblilər kitabxananın fondunda mövcud olan uyğun ədəbiyyat nümunələri ilə tanış olub, mütaliənin əhəmiyyəti barədə məlumatlandırılıblar. Onlara müxtəlif janrlarda nəşr olunmuş uşaq kitabları təqdim edilib, kitab oxuma vərdişlərinin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.

    Bununla yanaşı, şagirdlər kitabxananın müxtəlif şöbələrinə ekskursiya edərək kitabxana ilə yaxından tanış olublar. Kitabxana əməkdaşları tərəfindən  onların sualları ətraflı cavablandırılıb.

    Tədbirin əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları milli nağıl irsi ilə yaxından tanış etmək, mənəvi dəyərlərin aşılanmasına dəstək olmaq və yaradıcılıq qabiliyyətlərinin inkişafına şərait yaratmaqdan ibarət olub. Eyni zamanda belə təşəbbüslər uşaqların dünyagörüşünün genişlənməsinə, sosial bacarıqlarının formalaşmasına və mədəni mühitə daha fəal inteqrasiyasına töhfə verir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft