• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Sözün Rəngi” adlı rəsm sərgisi keçirilib
    01-05-2026 09:55:00

    1 may 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) sərgi salonunda görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin yaradıcılığına həsr olunmuş “Sözün rəngi” adlı rəsm sərgisi keçirilib. 

    Tədbir Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir. Layihənin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və ədəbiyyata olan maraqlarını artırmaqdır. 

    Sərgidə Bakı şəhəri üzrə 3, 4, 7 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəsm dərnəyi üzvlərinin, həmçinin 88 nömrəli tam orta məktəbin şagirdlərinin böyük maraqla hazırladıqları əsərlər nümayiş olunub. Gənc rəssamlar şairin “Yaxşı dost, pis dost”, “Cəhalət”, “Uşaq və kitab”, “Ayı və siçan”, “Qaz və durna”, “Padşah və bağban” kimi məşhur təmsillərini öz baxışları ilə təsvir edərək rənglərin dili ilə yenidən canlandırıblar.

    Sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Gülşən Əzimova, Abdulla Şaiq ev-muzeyinin direktoru Ülkər Talıbzadə, yazıçı-publisist Xanım Aydın, uşaq yazarı Humayun Sevinc, naşir Tural Axundov, gənc rəssamlar iştirak ediblər. Çıxış edən qonaqlar bu kimi təşəbbüslərin uşaqların yaradıcılıq qabiliyyətinin inkişafında, oxu vərdişlərinin formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıblar.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bildirib ki, bu cür sərgilər uşaqların daxili dünyasını ifadə etməsinə, sərbəst düşüncə və yaradıcılıq bacarıqlarının inkişafına geniş imkan yaradır. O, həmçinin qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər əsasında xüsusi kataloq hazırlanaraq iştirakçıların yaradıcılığı sənədləşdirilib.

    Sərgi çərçivəsində bədii kompozisiyalar və musiqi nömrələri də təqdim olunub. 3 nömrəli UGİM şagirdlərinin ifasında “Qaz və durna” təmsili əsasında kompazisiya nümayiş olunub, 4 nömrəli UGİM-in “Qönçə” vokal qrupu “Azərbaycan” mahnısını səsləndirib, “Dan ulduzu” rəqs qrupu isə “Yaylıq” rəqsini təqdim edib. Həmçinin M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin tələbələrinin ifasında S.Ə.Şirvaninin qəzəlləri əsasında muğam səsləndirilib.

    Sonda sərgi iştirakçılarına diplom və tədbirin kataloqu təqdim olunub.

    Tədbirin əsas məqsədi gənc nəslin Azərbaycan klassik ədəbiyyatına marağını artırmaq, Seyid Əzim Şirvaninin zəngin irsini incəsənətin müxtəlif sahələri vasitəsilə təbliğ etmək, uşaqlarda yaradıcı düşüncə, estetik zövq və milli-mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaqdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft