• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib
    15-03-2026 12:17:00

    15 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı,  filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə məktəblilərin görüşü təşkil olunub. Tədbirdə Bakı şəhəri 333 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri iştirak ediblər.

    Tədbirin əsas məqsədi məktəblilərdə mütaliə vərdişlərini inkişaf etdirmək, onları Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxından tanış etmək, həmçinin Azərbaycan dilinin və milli ədəbiyyatın təbliğini gücləndirməkdən ibarət olub.

    Görüş zamanı şagirdlər yazıçı ilə səmimi söhbət apararaq onun yaradıcılığı, ədəbiyyata gəliş yolu və kitablarının yaranma prosesi haqqında suallar ünvanlayıblar. Məktəblilər müəllifin müxtəlif əsərlərindən parçalar səsləndirərək mütaliə edib, əsərlərin mövzusu və ideyası ətrafında fikir mübadiləsi aparıblar.

    Tədbir çərçivəsində yazıçının “Şəkərabad şəhərinin uşaqları”, “Kralın kreslosu” və “Göy qurşağı” kitabları haqqında şagirdlərə ətraflı məlumat verilib. Əsərlərdə uşaq dünyasının zənginliyi, dostluq, xeyirxahlıq və milli-mənəvi dəyərlərin təbliği xüsusi vurğulanıb.

    Zahid Xəlil çıxışında mütaliənin uşaqların intellektual inkişafında və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək şagirdləri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa və ana dilinin zənginliyini qorumağa çağırıb.

    Sonda məktəblilər yazıçı ilə xatirə şəkilləri çəkdirib və kitablarını müəllifə imzaladıblar.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft