14 - 30 yanvar 2026-cı il tarixlərində F. Köçərli adına Respublika Uşaq Kitabxanasına 172,290 saylı tam orta məktəbin və Kaspi liseyinin şagirdləri üçün maarifləndirici ekskursiyalar təşkil olunub.
Ekskursiya zamanı məktəblilərə müasir kitabxana xidmətləri və yeni kitablar haqqında ətraflı məlumat verilib. Məktəblilərə 3D formatlı kitablar təqdim edilib, həmçinin kitabxanadan istifadə qaydaları izah olunub.
Kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitabxananın onlayn xidmətləri haqqında da geniş məlumat verilib. Onlayn xidmətin multimedia bölməsində yer alan virtual kitablar, audio kitablar, uşaq mahnıları və cizgi filmləri ilə tanış olmaq və bu resurslardan rahat şəkildə yararlanmaq imkanları yaradılıb. Daha sonra məktəblilər müxtəlif mövzulu və maraqlı nağıl kitablarına baxış keçirib, müəllifli nağıllar ətrafında icmal aparıblar.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq, kitaba və oxuya marağı artırmaqdır.








