30 sentyabr 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Kitabın işığında: məktəblilər görüşür” adlı tədbir keçirilib.
Görüş kitabxananın həyata keçirdiyi yeni layihə çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi məktəbliləri müasir Azərbaycan uşaq ədəbiyyatı ilə yaxından tanış etmək, onların mütaliəyə marağını artırmaq, eləcə də paytaxt və region oxucuları arasında ədəbi-mədəni əlaqələri gücləndirməkdir.
Region kitabxanaları ilə onlayn formatda keçirilən ilk görüşün qonağı uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çinarə Köçərli olub.
Tədbirdə “İdrak” Liseyinin 4-cü sinif şagirdləri yazıçının “Mariya işıltısı” kitabının motivləri əsasında hazırladıqları səhnə təqdimatını nümayiş etdiriblər. Həşəratlar aləmindən bəhs edən, rəngarəng illüstrasiyalarla zəngin kitabın süjet və qəhrəmanları məktəblilərin ifasında səhnəyə daşınıb.
Görüşə Sabirabad rayon Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbinin 4-cü sinif şagirdləri də onlayn şəkildə qoşulublar. Paytaxt və region məktəblilərinin eyni virtual məkanda görüşməsi onlara ədəbiyyat, kitab və oxu təcrübələri ətrafında fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Çinarə Köçərli görüş zamanı “Mariya işıltısı” kitabının qəhrəmanları və kitabın uşaqlara çatdırmaq istədiyi əsas mesajlar barədə məlumat verib. Yazıçı daha sonra şagirdlərin suallarını cavablandırıb.
Tədbirin davamında məktəblilərin iştirakı ilə interaktiv tapmaca və sual-cavab sessiyası keçirilib. Uşaqlar ədəbiyyat və kitab qəhrəmanları ilə bağlı sualları cavablandıraraq görüşdə fəal iştirak ediblər.
Sonda iştirak edən şagirdlərə müıllif tərəfindən kitablar hədiyyə olunub.








