• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Bir kitab, bir sevgi” adlı silsilə tədbirlər keçirilib
    13-02-2026 18:11:00

    13 fevral 2026-cı il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə silsilə tədbirlər təşkil olunub.

    Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi-nin Sabunçu Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya proqramına cəlb olunmuş əlilliyi olan uşaqlar, həmçinin 261 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdləri iştirak ediblər. 

    “Bir kitab, bir sevgi” adlı tədbirin əsas məqsədi uşaqlarda mütaliə vərdişlərinin təşviqi, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi olub. 

    Tədbir çərçivəsində balacalar uşaq ədəbiyyatının müxtəlif nümunələri ilə tanış olublar. Uşaq yazarı Gülzar İbrahimova tərəfindən nağıllar səsləndirilib, uşaqlarla maraqlı oyunlar təşkil olunub və interaktiv söhbətlər aparılıb. 

    Görüşün sonunda uşaqlara kitablar hədiyyə edilib. Eyni zamanda onların yaradıcılıq potensialının inkişafına yönəlmiş master-klass təşkil olunub. Master-klass zamanı uşaqlar gildən hazırlanmış fiqurların rənglənməsi prosesində iştirak edərək həm əyləncəli, həm də faydalı vaxt keçiriblər. 

    Tədbir inklüziv təhsilin təşviqi baxımından da mühüm əhəmiyyət daşıyıb. Əlilliyi olan uşaqların mədəni və təhsil mühitinə cəlb olunması onların bərabər imkanlara çıxışını təmin edir, sosial adaptasiya bacarıqlarını gücləndirir və özünəinam hissini artırır. 

    Həmçinin 261 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdləri sevdikləri kitabları bir-birinə hədiyyə edərək oxumağın və öyrənməyin sevincini bölüşüblər. Kitabxana tərəfindən aksiya çərçivəsində toplanan kitablar da uşaqlara təqdim olunub ki, bu da onların daha çox kitabla tanış olmasına və oxu vərdişlərinin inkişafına töhfə verib.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft