• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Yazıçı Çinarə Köçərlinin məktəblilərlə görüşü baş tutub
    27-10-2025 13:35:00

    27 oktyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Zəfər Günləri ərəfəsində uşaq yazarı Çinarə Köçərli ilə  görüş keçirilib. Görüşdə paytaxtın 232 nömrəli məktəbin şagirdləri, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca yazıçının üçcildlik “44 gün Qarabağda” kitabının 3-cü hissəsi “Böyük Qayıdış” kitabı haqqında ətraflı məlumat verilib, kitabla bağlı videoçarx nümayiş etdirilib.

    Təqdimatda Çinarə Köçərli oxuculara Vətən sevgisi, igidlik və azadlıq uğrunda mübarizə kimi dəyərləri aşılamağın vacibliyindən danışıb. Yazıçı kitablarından seçilmiş hekayə və şeirləri səsləndirib, əsərlərdə təsvir olunan tarixi məkan və abidələrin fotoları üzərində dayanaraq onların mənəvi dəyərindən söz açıb.

    “Böyük Qayıdış” anlayışının məğzini daha dərindən anlamaq üçün yazıçı uşaqlarla interaktiv müzakirə aparıb, onların fikirlərini dinləyib. Şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirib, Qarabağ mövzusunda öz düşüncələrini bölüşüblər. Görüş maraqlı sual-cavab şəklində davam edib və gənc oxucuların böyük marağına səbəb olub.

    Tədbirin sonunda iştirakçılar Çinarə Köçərlinin yeni nəşr olunmuş “Oyun və Mən” kitabı ilə də tanış olublar. Müəllif bildirib ki, bu kitab uşaqlara birgə oyunlar və komikslər vasitəsilə dostluq, əməkdaşlıq və sağlam ünsiyyət bacarıqlarını aşılamaq məqsədi daşıyır.

    Sonda yazıçı oxucularına öz kitablarını hədiyyə edib, onları sevgi ilə imzalayaraq xatirə şəkli çəkdirib.

    Görüş gənc nəsildə vətənpərvərlik ruhunun daha da güclənməsinə, müasir Azərbaycan ədəbiyyatına marağın artmasına və kitab oxuma vərdişlərinin təşviqinə mühüm töhfə verir.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft