• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir
    02-10-2025 14:59:00

    1-2 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqlar üçün  faydalı tədbirlər təşkil edib.

    Sərginin ilk günündə müxtəlif qonaqlar kitabxananın stendini ziyarət ediblər. Süni intellekt texnologiyası əsasında hazırlanan kitabların video icmalları ziyarətçilərə nümayiş etdirilib. Bununla yanaşı, uşaqlar üçün rəngləmə fəaliyyətləri və yaradıcı master-klasslar təşkil olunub. Kitabxana əməkdaşlarının dəstəyi ilə balaca oxucular rəngarəng külək gülü və zərflər hazırlamağı öyrəniblər. Onlar hazırladıqları zərflərdə müəllimlərinə ən xoş arzularını yazaraq hədiyyə ediblər. Bu cür yaradıcı fəaliyyətlərin əsas məqsədi uşaqlarda estetik zövqü formalaşdırmaq və onların əl bacarıqlarını inkişaf etdirməkdir.

    Sərginin ikinci günündə yazıçı-publisist Sevinc Nuruqızı ilə ADA İbtidai Məktəbinin 1-ci sinif şagirdləri arasında görüş keçirilib. Tədbir “Oxu saatı” çərçivəsində təşkil olunub. Yazıçı öz əsərlərindən nümunələr oxuyaraq uşaqlarla maraqlı söhbətlər aparıb. Balaca oxucular böyük həvəslə sual-cavabda iştirak edib, öz fikirlərini bölüşüblər.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı uşaqların kitaba marağını artırmaq və onların asudə vaxtını faydalı şəkildə təşkil etmək məqsədini daşıyır. Sərgi çərçivəsində kitabxananın maraqlı təqdimatları və müxtəlif yaş qruplarına uyğun tədbirləri növbəti günlərdə  davam edəcək.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft