• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    XI Bakı Beynəlxalq Kitab Sərgisində maarfiləndirici və yaradıcı görüşlər keçirilib
    03-10-2025 11:23:00

    3 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə Respublika Uşaq Kitabxanası zəngin və rəngarəng tədbirlər proqramı ilə müxtəlif fəaliyyətlər təşkil edib.

    Tədbirlər çərçivəsində Türkiyədən dəvət olunmuş uşaq yazarı və nağılçı Sema Yaylı ilə görüş baş tutub. Görüşdə "Modern School", 172 və 11 saylı tam orta məktəblərin şagirdləri iştirak ediblər. Nağıl saatında yazar uşaqlara türk ədəbiyyatına dair maraqlı nümunələr təqdim edib, öz qələm məhsulları olan “Ejderya”, “Kapıların ardındakı”, “Karar Dağları” və “Origamili masallar – Kurbağa Alkara” kitablarını tanıdıb. Yazıçı həmçinin məşhur “Keloğlan” nağılını musiqili formada səsləndirərək uşaqların marağına səbəb olub. Daha sonra Sema Yaylı origami sənəti üzrə ustad dərsi keçirib. Uşaqlara bu sənətin incəliklərini izah edən yazıçı onlarla birlikdə kağızdan müxtəlif fiqurlar hazırlayıb. Tədbirin sonunda şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edilib. Sərginin davamında Azərbaycan uşaq yazıçıları Sevinc Nuruqızı və Solmaz Amanova ilə oxu saatı təşkil olunub. Oxu saatının ilk mərhələsində S. Nuruqızının general-mayor Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Salam, İnnab ağacı” kitabının təqdimatı keçirilib. Təqdimatda Həzi Aslanov adına Ev Muzeyinin direktoru, 172, 11 saylı tam orta məktəblərinin 3-cü və 8-ci sinif şagirdləri iştirak ediblər. Yazıçı kitabdan seçilmiş fraqmentləri səsləndirib, şagirdlərlə birgə müzakirələr aparıb. Tədbirin sonunda uşaqlara imzalı kitablar hədiyyə olunub.

    Oxu saatının növbəti mərhələsi yazıçı Solmaz Amanova ilə davam edib. Şagirdlər müəllifin “Yaşıl portal” kitabı ilə tanış olublar. 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri isə yazarın “Zəfəran” əsərini səhnələşdirərək maraqlı tamaşa nümayiş etdiriblər.

    Sərginin növbəti mərhələsində uşaqların yaradıcı bacarıqların inkişafına yönəlmiş master-klass təşkil olunub.  Master-klassa Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqları cəlb olunublar. Uşaqlar gildən hazırlanan fiqurların rənglənməsi prosesində fəal iştirak ediblər.

    Ümumilikdə, Respublika Uşaq Kitabxanasının təqdim etdiyi bu tədbirlər uşaqların həm intellektual, həm də yaradıcılıq bacarıqlarının inkişafına töhfə verib və sərginin ən maraqlı məqamlarından birinə çevrilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft