• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Türk dünyasının Bəxtiyarı” adlı şeir müsabiqəsinin yekun mərhələsi keçirilib
    29-05-2025 18:01:00

    29 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Türk dünyasının Bəxtiyarı” adlı şeir müsabiqəsinin yekun mərhələsi keçirilib.

    Müsabiqədə Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. 14 aprel tarixində start verilən müsabiqəyə ümumilikdə 60 şagird müraciət edib. Onlardan yalnız 24-ü seçim mərhələsini uğurla keçərək yekun mərhələdə iştirak hüququ qazanıb.

    Respublika Uşaq Kitabxanasının direktoru çıxışında, finala çıxmış şagirdlərə təşəkkürünü bildirməklə, onların fəallığını, yaradıcılıq bacarıqlarını və poeziyaya olan maraqlarını yüksək qiymətləndirib. O, Bəxtiyar Vahabzadənin yaradıcılığının təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, ümumtürk ədəbi məkanı üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra münsiflər heyyətindən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun uşaq ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə gənc iştirakçıları təbrik edib.

    Müsabiqədə iştirak edən məktəblilər “Göy Qurşağı” uşaq jurnalı, kitablar, diplom və iştiraka görə təşəkkürnamələrlə təltif olunublar.

    I, II və III yerin qaliblərinin adları isə “1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü” UİF-də açıqlanacaq və təltif olunacaqlar.

    Tədbirin bədii hissəsində iştirakçılar şairin müxtəlif şeirlərini səsləndiriblər. Onların poetik ifaları tədbirə duyğusal və yüksək ədəbi ovqat bəxş edib.

    Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin ədəbi-bədii dünyagörüşünü formalaşdırmaq, poeziyaya marağını artırmaq və Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinə sevgi və ehtiram hisslərini aşılamaq olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft