Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, ssenarist və publisist Maqsud İbrahimbəyov çoxşaxəli və zəngin yaradıcılığıyla Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində əhəmiyyətli yer tutur.
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi ədibin həyat, yaradıcılığı haqqında məlumatı, 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Görkəmli şəxsiyyətlərin Maqsud İbrahimbəyov haqqında fikirləri, haqqında dövri mətbuat məqalələrini və s. əhatə edən biblioqrafik siyahı tərtib edərək virtual oxucuların istifadəsinə təqdim edir.
Veblioqrafiya ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.