15 yanvar 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında uşaq yazarı, publisist Gülzar İbrahimova ilə 232 nömrəli tam orta məktəbin şagirdlərinin görüşü keçirilib.
Tədbirdə Gülzar İbrahimova uşaqlara öz şeirlərini səsləndirib, məktəblilərin fəal iştirakı ilə maraqlı, interaktiv sual-cavab sessiyası keçirib və onları maraqlandıran bütün sualları cavablandırıb. Görüşdə, həmçinin Gülzar İbrahimova şagirdlərlə maraqlı söhbət aparıb, yeni yazılan nağıl və şeirləri ilə onları tanış edib.
Uşaqların mütaliə vərdişlərinin təkmilləşdirilməsində ədiblərlə görüşlərin keçirilməsi çox önəmlidir. Mənsur şeir yazarı, uşaqlar arasında nağıl yazarı – "Gülzar nənə" kimi tanınan və sevilən Gülzar İbrahimova uşaqlar üçün maraqlı əsərlər yazır.
Sonda yazıçı Gülzar İbrahimova tədbir iştirakçılarına təşəkkürünü bildirib, tədbirdə iştirak edən bütün məktəblilərə, o cümlədən məktəbin kitabxanasına müəllifi olduğu kitablarından hədiyyə edib.
Tədbirin keçirilməsində məqsəd uşaqların kitaba və mütaliəyə olan maraqlarını artırmaqdır.