Respublika Uşaq Kitabxanasında "Səma və Dəniz" mövzusunda masterclass keçirilib
03-02-2025 17:19:00
3 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında uşaqlar üçün yaradıcı inkişafı təşviq edən maraqlı masterclass keçirilib. Uşaqlar akril boya ilə "Səma və Dəniz" mövzusunda rəsmlər çəkib, həmçinin yumurta qabından müxtəlif heyvan fiqurları (dovşan, tülkü, ayı) düzəldiblər.
Masterclass zamanı uşaqlara akril boyanın tətbiq texnikaları və dəniz ilə səmanın ahəngdar şəkildə təsviri öyrədilib. Uşaqlar fırça ilə müxtəlif texnikaları sınayaraq, öz təsəvvürlərini kağıza köçürmək imkanı qazanıblar. Ustad dərsləri uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməklə yanaşı, incəsənətə maraqlarını artırır.
Sonda uşaqlar öz əsərlərini nümayiş etdirərək, rəssamlıq bacarıqlarını dostları ilə bölüşüblər.