• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib
    29-05-2025 15:08:00

    29 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə tədbirlər çərçivəsində xüsusi bayram tədbiri təşkil olunub.

    Uşaqların tədbirində, həmçinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Yol hərəkəti qaydaları və Teatr sənəti dərnəyinin üzvləri, uşaqlar və müxtəlif qonaqlar iştirak ediblər.

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Daha sonra kitabxananın əməkdaşı uşaqlara və iştirakçılara 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi, mahiyyəti və əhəmiyyəti haqqında ətraflı məlumat verib. Çıxışda bu günün uşaqların hüquqlarının qorunması, təhlükəsizliyi və rifahı baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

    Uşaqların maraqlı və yaradıcı çıxışları ilə tədbirin bədii hissəsi davam edib. Balacaların ifasında “Xarıbülbül” rəqsi, “Cırtdanın şəhər sərgüzəştləri” adlı səhnəcik və müxtəlif musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Sonda uşaqlar üçün yaradıcı fəaliyyətə yönəlmiş master-klass təşkil edilib. Şən, səmimi və maarifləndirici atmosferdə keçən tədbir uşaqlara həm əyləncəli anlar yaşadıb, həm də onların bilik və bacarıqlarının inkişafına töhfə verib.

    Tədbirin əsas məqsədi uşaqların hüquqları, təhlükəsizliyi və rifahı ilə bağlı maarifləndirməni gücləndirmək, onların cəmiyyətdəki əhəmiyyətini ön plana çəkmək və uşaqlara daim sevgi, diqqət və qayğının göstərilməsinin vacibliyini bir daha vurğulamaq olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft