14 yanvar 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və 265 saylı tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində 4-cü sinif şagirdlərinin təqdimatında “20 Yanvar” faciəsinin 35-ci il dönümünə həsr olunan “Qanlı Yanvar” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, xalqımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın əməkdaşı “20 Yanvar” hadisəsi haqqında uşaqlara ətraflı məlumat verib.
20 Yanvar 1990-cı il Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi kimi yadda qalıb. Bu tarixdə Sovet İttifaqı ordusu Azərbaycanın paytaxtı Bakı və digər bölgələrində dinc əhaliyə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. Nəticədə yüzlərlə insan amansızlıqla qətlə yetirilib, itkin düşüb və yaralanıb. Bu hadisə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsi olub.
Tədbirdə şagirdlərinin ifasında vətənpərvər ruhlu şeirlər səsləndirilib. Məktəbin kitabxanasında “Qanlı Yanvar” adlı kitab sərgisi nümayiş olunub, uşaqlara kitabların məzmunu haqqında ümumi məlumat verilib.