• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib
    05-11-2025 15:24:00

    5 noyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Milli Qürur – Qələbə Bayramı” adlı tədbir keçirilmişdir. Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Kitabxananın əməkdaşı çıxışında  məktəblilərə Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlıq yolu və xalqımızın birliyi nəticəsində qazanılmış möhtəşəm Qələbə haqqında geniş məlumat vermişdir. Eyni zamanda, Konstitusiya və uşaq hüquqları mövzusunda da ətraflı danışılıb.

     Daha sonra şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirərək Vətənə, azadlığa və qəhrəman əsgərlərimizə olan sevgilərini ifadə etmişlər.

    Tədbir çərçivəsində iştirakçılara Zəfər Gününə həsr olunmuş video-slayd təqdim edilib.

    Tədbirin sonunda uşaqlar üçün yaradıcılıq məşğələsi təşkil olunmuşdur. Onlar Azərbaycan Ordusunun igid əsgərlərini və Vətən rəmzlərini əks etdirən müxtəlif rəsmləri rəngləmiş, öz duyğularını rənglər vasitəsilə ifadə etmişlər.

     Respublika Uşaq Kitabxanasında təşkil olunan bu tədbir gənc nəslin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunmasına, eləcə də onların yaradıcılıq qabiliyyətlərinin inkişafına mühüm töhfə vermişdir.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft