• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib
    04-12-2025 17:13:00

    4 dekabr 2025-ci il tarixində Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə AMEA-ın Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qasımova, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, İlhamə Ağazadə kitabxananın əməkdaşları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. 

    Bəxtiyar Vahabzadə (1925–2009) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq şairi, dramaturq, publisist və elm xadimi olmuşdur. O, həm Azərbaycan poeziyasının inkişafında mühüm rol oynamış, həm də milli düşüncənin, Vətənin, ana dilinin, azadlıq və birlik ideyalarının poeziyada ifadəsinin öncüllərindən biri olub. Şairin “Gülüstan”, “Muğam”, “Vicdan”, “Latın dili”, “Ana dili”, “Vətən oğlu” kimi poemaları və çoxsaylı lirik şeirləri geniş oxucu auditoriyası tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bəxtiyar Vahabzadənin filologiya elminin inkişafında da mühüm xidmətlər göstərmişdir. Onun yaradıcılığı bədii gücü, milli ruhu və vətənpərvərlik məzmunu ilə seçilib.

     Daha sonra şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.  Həmçinin iştirakçılar Bəxtiyar Vahabzadənin poeziyası, ana dilinə, vətənə və milli dəyərlərə həsr etdiyi əsərləri haqqında fikirlərini bölüşüblər. Poeziya gecəsində dərnək üzvləri və görmə məhdudiyyətli uşaqlar şairin seçilmiş şeir və poemalarını böyük duyğu ilə səsləndiriblər.

    Tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi, milli kimlik və mədəni dəyərlərə hörmət hisslərini gücləndirmək, həmçinin Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını tanıtmaq olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft